Rusiyalı diplomatlar ABŞ-dan deportasiya olunur – Co Baydendən SANKSİYAbackend
Dünya
280

Rusiyalı diplomatlar ABŞ-dan deportasiya olunur – Co Baydendən SANKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ 10 Rusiya diplomatını deportasiya etməyi planlaşdırır.

APress.az  xəbər verir ki, ABŞ prezidenti Co Bayden rəhbərliyinin 12 Rusiya vətəndaşı və 20 quruma sanksiya tətbiq etməyi, eləcə də 10 rus diplomatını ölkədən deportasiya etməyi planlaşdırdığı bildirilib.
Bu haqda “Bloomberg” agentliyinin Ağ Ev üzrə müxbiri Cordan Fabian məlumat verib.
O, “Twitter” hesabında rəsmi Vaşinqtonun ABŞ seçkilərinə müdaxilə iddiaları və “Günəş rüzgarları” kiber hücumları səbəbilə Rusiyaya qarşı bu addımları atmağı planlaşdırdığını yazıb.
Co Bayden ötən gün prezident olaraq vəzifəsini icra edəndən bəri 2-ci dəfə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.
Kremlin telefon danışığı ilə bağlı yazılı açıqlamasında C. Baydenlə ikitərəfli münasibətlərdə cari vəziyyəti normallaşdırmaq, strateji sabitlik və silah nəzarəti, İranın nüvə proqramı, Əfqanıstandakı vəziyyət və qlobal iqlim dəyişikliyi kimi müzakirələr aparıldığı qeyd edilib.
Sfera.az