Rusiyada 24 yaşlı model Lana Voron sağlamlıq mərkəzlərindən birində prosedura zamanı kriolipoliz zamanı yanıq xəsarəti alıb.
APress.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Lenta.ru xəbər yayıb.
Modelin sözlərinə görə, prosedur zamanı həmin an bərk yanma hiss edib. Bundan sonra o, həmin yerdə izlər görüb. Yaralar günü-gündən böyüyüb və qanamağa başlayıb. Xəstəxanada həkimlər ona “təmas nəticəsində yanıq” diaqnozu qoyulub.
Hadisə ilə bağlı “Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərmək” maddəsi ilə cinayət işi açılıb.