Rusiyanın Murmansk şəhərində təlim zamanı iki polis əməkdaşı “Mi-8” helikopterindən yerə çırpılıb.
APress.az xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalında video paylaşılıb.
Onlar havadan gəmiyə enmə təlimi keçən zaman 15 metr yüksəklikdən yıxılıblar.
İlkin məlumatlara görə, faciəyə pis hava şəraiti səbəb olub – helikopteri idarə edən pilot düymələri səhv salıb, nəticədə isə təlimçilərə bağlanan kəndirlərin uzunluğu yetəri qədər olmayıb.