Rusiyanın 2025-ci il üçün 5 milyardlıq planı: ABŞ-la əməkdaşlığını bitirirbackend
Dünya
329

Rusiyanın 2025-ci il üçün 5 milyardlıq planı: ABŞ-la əməkdaşlığını bitirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya öz kosmik stansiyasını quracaq.
APress.az bildirir ki, bu barədə Rusiya Kosmik Agentliyi (Roskosmos)  məlumat yayıb.  Qeyd edilir ki, artıq  bu istiqamətdə işlərə başlanılıb və 2025-ci ilə qədər layihənin tamamlanması hədəflənib.
Rusiya hazırda Beynəlxalq Kosmik Stansiyadan istifadə edir. 1998-ci ildə açılan Beynəlxalq Kosmik Stansiya (ISS) Rusiya və ABŞ kosmik agentlikləri tərəfindən qurulub.
Bununla bağlı “Roskosmos”  beynəlxalq tərəfdaşları ilə müqavilələrinin 2024-cü ildə bitəcəyinə də işarə edib. Həmçinin Rusiya Baş nazirinin müavini Yuri Borisov dövlət televiziyasına müsahibəsində “Kosmonavtlarımızın həyatını riskə ata bilmərik. ISS-nin quruluşu və metalları köhnəlir, fəlakətə səbəb ola bilər”, deyib. Borisov digər ölkələrin stansiyanın tikintisində iştirakını istisna etməsə də, stansiyanın tamamilə Rusiyanın nəzarətində olacağını bildirib.
Məlumata görə, Rusiyanın kosmik stansiyası  ən az 5 milyard dollara başa gələcək.
Sfera.az