Rusiyanın 54 regionunda koronavirusun yeni ştammı aşkarlanıb.
APress.az APA-ya istinadən bildirir ki, bunu Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib.
Onun sözlərinə görə, həmin regionlarda vəziyyət nəzarət altındadır.
Qeyd edək ki, Rusiyada son sutka ərzində 8053 nəfər COVID-19 virusuna yoluxub. İndiyədək bu virusa yoluxanların sayı isə 4 779 425 nəfərdir.