“Ruslar miqrantları sevməməyə başlayıb”.
Bu sözləri Rusiya Prezident Administrasiyasının müavini Maqomedsalam Maqomedov 2025-ci il üçün milli strategiyanın reallaşması ilə bağlı keçirilən iclasda bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə miqrantlara mənfi münasibət bəsləyən rusların sayı 8 faiz yüksəlib. Hər dördüncü respondent bunu bildirib. Ötən il miqrantların sayı 5,5 mln. nəfər təşkil edib. Daha çox Rusiyaya MDB ölkələrindən gəlirlər.