Saatlıda Araz çayında batan kişinin meyiti tapılıbbackend
Cəmiyyət
222

Saatlıda Araz çayında batan kişinin meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saatlıda Araz çayında batan şəxsin meyiti tapılıb.

APress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Araz çayının Saatlı rayonu, Hacıqasımlı kəndi ərazisindən keçən hissəsində aparılan axtarış işləri başa çatıb.

Axtarışda olan 1961-ci il təvəllüdlü Cahangirov Tehmir Namaz oğlunun meyiti FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.