“Sabah” komandada icarə əsasında çıxış edən Tiemoko Fofananın transfer hüququna yiyələnib.
APress.az qafqazinfo-ya istinadən xəbər verir ki, futbolçunun keçidi ilə bağlı Finlandiyanın “İlves” klubuyla razılığa gəlinib. 21 yaşlı hücumçunun özü ilə isə yeni, 3 illik müqavilə bağlanıb.
Fil Dişi Sahilindən olan futbolçu bu ilin yanvar ayında “İlves”dən icarəyə götürülmüşdü. Fofana cari mövsümdə Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qola imza atıb.