Sabah Bakıda sərnişin daşımaları dayandırılacaqbackend
Cəmiyyət
332

Sabah Bakıda sərnişin daşımaları dayandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq.
APress.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumatda həmçinin deyilir ki, məlum olduğu kimi 26 iyun Silahlı Qüvvələr Günü şənbə gününə təsadüf etdiyindən, 28 iyun bazar ertəsi qeyri-iş günü hesab edilir. Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.