Mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən APress.az-a verilən məlumata görə, sabah gün ərzində mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.
Mayın 27-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gecə ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.