Mingəçevirdə küçədə sahibsiz itlər güllələnib.
Bu barədə APress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 26-da şəhər ərazisində ov tüfəngi ilə sahibsiz itləri vurduğuna görə A.Şükürov müəyyən edilərək saxlanılıb.
Ondan müvafiq sənədləri olan “İJ-18” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Araşdırma aparılır.