Samirə evlənib Norveçə köçəcəkbackend
Şou
44

Samirə evlənib Norveçə köçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dürüst olmaq lazımdırsa, deyim ki, əvvəlcə Norveç təmsilçisi TİX-in marağı mövzusunda ciddi deyildim. Nə olduğunu anlamırdım. “Avroviziya”ya qazanmaq üçün getdim, biri ilə tanış olmaq üçün yox. Seçim və arzularımda qətiyyətliyəm. Mənə mahnı oxudu və duyğularını etiraf etdi”.

APress.az xəbər verir ki, bu sözləri müğənni Samirə Əfəndi “Sputnik”ə müsahibəsində bildirib. O, Norveç təmsilçisi TİX-lə yaşadığı eşqdən söhbət açıb.

Samirə ailə qurduğu zaman Azərbaycandan köçəcəyini açıqlayıb: “Ora tamamilə fərqli düşüncələrlə getdim, amma talehdən bir hədiyyə aldım. “Avroviziya” bitdikdən sonra ondan əvvəl də TİX-in mənə xitab edən müxtəlif videolar çəkdiyini öyrəndim. Bundan xəbərsiz idim. Onu Bakıya dəvət etdim, ailəmlə tanış olmaq istədi. Onunla evlənərəm, ya yox, bunu bilmirəm. Hər şey təklifə bağlıdır. Ayrıldığımızda qoluma qızıl taxdı və dedi ki, məni gözlə, unutma!

Hər gün danışırıq. Evlənsəm, ehtimal ki, Norveçə köçəcəm. Ərim hardadırsa, mən də orada olacam. TİX gələn zaman ona şirniyyatlarımızı təqdim edəcəm. Rotterdamda şəkərbura və paxlavamızı yemişdi”.