Samux rayonunda 38 yaşlı kişi bıçaq xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan APress.az-a verilən məlumata görə, hadisə bu gün rayonun Ceyrançöl ərazisində qeydə alınıb.
Bildirilib ki, Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Abdul Abdullayev bir neçə bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib: “Rayon ərazisində hərhansı bir güllələnmə faktı olmayıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs özünə bıçaq xəsarətləri verib.
Faktla bağlı araşdırmalara başlanılıb”.