Ermənistan prezidentinin administrasiyası Armen Sarkisyanın Bakıya səfəri ilə bağlı yayılan xəbərləri təkzib edib.
APress.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə prezident Sarkisyanın mətbuat xidməti açıqlama yayıb.
Bundan əvvəl, bəzi erməni KİV-ləri Sarkisyanın guya 17 noyabrda Bakıda olması barədə xəbər yaymışdı.
“İravunk” qəzeti Makedoniyanın Ermənistandakı sabiq fəxri konsulu Araik Sarkisyana istinadən məlumat yayıb ki, prezident Sarkisyan noyabrın 17-də Bakıda səfərdə olub.
“Prezidentdən soruşun, noyabrın 17-də Bakı nə edirdi?”, – deyə o bildirib.
“Bəzi KİV-lər Armen Sarkisyanın 17 noyabrda Bakıda olduğunu yazıb. Bu, açıq yalan və dezinformasiyadır. Prezident həmin gün və ya başqa bir gündə Bakıda olmayıb”, – açıqlamada deyilir.
Qeyd edilib ki, 17 noyabr 2020-ci il tarixində Ermənistan prezidenti Kanadanın ölkəyə yeni təyin olunmuş səfiri Elison Meri Lekleri qəbul edib.