Ermənistan prezidenti Armen Sarkisyan iyunun 3-də Qazaxıstana işgüzar səfər edəcək.
APress.az xəbər verir ki, bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.
Sarkisyan Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev, ölkənin ilk prezidenti Nursultan Nazarbayev və parlament rəhbərliyi ilə görüşəcək.
Görüşlər zamanı həm Ermənistan-Qazaxıstan ikitərəfli əməkdaşlığı, eyni zamanda Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.
Unikal.org