Sarkisyanın qardaşı oğlu yenidən həbs olundubackend
Dünya
311

Sarkisyanın qardaşı oğlu yenidən həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan yenidən həbs olunub.
APress.az xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abrahamyan öz feysbuk hesabında məlumat verib.
12 apreldə Ermənistan Kassasiya Məhkəməsi Baş Prokurorluğun apellyasiya şikayətini təmin edib və Sarkisyana qarşı qabaqlayıcı tədbir olaraq Apelyasiya Məhkəməsinin girov tətbiq edilməsi barədə qərarını ləğv edib.
Xatırladaq ki, bir müddət əvvəl silah, narkotik və saxtakarlıq haqqında cinayət işi çərçivəsində axtarışa verilən Narek Sarkisyan həm də “adam oğurluğu” maddəsi ilə ittiham olunur. 2018-ci ilin dekabrında “İnterpol” onun Franklin Gonzalez adlı pasportla Praqada gizləndiyini müəyyənləşdirib. Daha sonra Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onun Ermənistana təhvil verilməsinə qərar verib. Sarkisyan qanunsuz silah saxlama, fırıldaqçılıq və insan oğurluğu ittihamlarını qəbul edib.
2019-cu ilin dekabrında İrəvana aparılan N. Sarkisyanla əlaqəli həbs qətimkan tədbiri seçilsə də, 13 noyabr 2020-ci ildə məhkəmə onu 50 000 dollar girov müqabilində sərbəst buraxıb. // “Qafqazinfo”