Lənkəran şəhərində mağazada oğurluq baş verib.
APress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birində satıcı G.Abbasovanın çantasından 1930 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini V.İbadova saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülüb.