Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hüquq-mühafizə orqanları tərəfindən Bakıya gətirilib.
APress.az bildirir ki, bu barədə baku.ws məlumat verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 09:30 radələrindən etibarən Şəmkir rayon İH-də olub. Bu müddət ərzində araşdırma aparılıb.
Bəzi idarə və müəssisə rəhbərləri sorğuya cəlb olunub. Axtarışlar həmçinin Alimpaşa Məmmədovun yaşadığı evdə də aparılıb.