Şəbnəm Tovuzlu: “İstəmərəm qızım müğənni olsun”backend
Şou
436

Şəbnəm Tovuzlu: “İstəmərəm qızım müğənni olsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müğənni Şəbnəm Tovuzlu “Birə-Bir” verilişinin qonağı olub.
Proqram zamanı sənətindən danışan Şəbnəm qızı ilə də bağlı maraqlı açıqlama verib. O, övladının müğənni olmasını istəmədiyini bildirib:
“Günel qapalı uşaqdır. İstəmir tanınsın. Hətta oxuduğu liseydə sadəcə 3 nəfər qız bilir ki, onun anası mənəm. Sevmir tanınmağı, mənimlə öyünməyi…
Ədabaz deyil, sadə uşaqdır. Amma haqqını tələb edəndir. Mənim sadəcə bir mahnıma qulaq asır. Hərdən başqa yerli müğənnilərimizin də musiqilərini dinləyir. İngilis dilini yaxşı bilir deyə, daha çox xarici mahnılara qulaq asır”.
///BAKU.WS