Səfər Mehdiyevlə bu adamları iş yoxsa biznes birləşdirir? – Gömrükdə daha nələr baş verir?backend
Cəmiyyət
376

Səfər Mehdiyevlə bu adamları iş yoxsa biznes birləşdirir? – Gömrükdə daha nələr baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin olunmasına ictimaiyyət arasında, müxtəlif media qurumlarında fərqli yanaşmalar oldu. Bəziləri onun islahatçı kadr olacağını düşünərək gömrük sisteminə yeni nəfəs gətirəcəyini desələr də, digərləri uzun illərdən bəri gömrük sistemində kök atmış korrupsiyanın daha da dərinləşəcəyini, bürokratik əngəllərin daha da çoxalacağını qeyd edirdi. 

Amma və lakin Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinə sədr təyin edilməsindən illər ötməsinə baxmayaraq hələ də yeni sədr haqqında olan düşüncələr öz fərqliliyini saxlamaqdadır. Ötən aylar ərzində Gömrük Komitəsindəki kadr dəyişiklikləri ictimaiyyətə Komitədə aparılan islahatın əsas hissəsi kimi təqdim olunsa da, bəzi iqtisadi ekspertlər və iş adamları bunu qəbul etmir, əksinə gömrük sistemində aparılan kadr dəyişikliklərində əsas məqsədin yüksək və strateji vəzifələrin müəyyən bir qrupun əlində cəmləşdirilməsinə hesablandığını qeyd edirlər.

Yuxarda sadalanan halları təsdiqləyən onlarla fakt göstərmək olar və zaman-zaman biz bu faktlrı oxucuların diqqətinə çatdırırıq.

Ötən günlərdə Bizimxeber.az olaraq Gömrük Komitəsində aparılan qanunsuz fəaliyyət nəticəsində dövlət büdcəsinə vurulan külli miqdarda ziyan barədə yazmışdıq.
Amma hələ də aidiyyatı qurum rəsmiləri bu faktlara aydınlıq gətirmək istəmir və öz işlərindədirlər.

Bizimxeber.az-a daxil olan məlumata görə, ölkəyə mebel idxal edən milyonluq dövriyyəyə malik sahibkarlar məlum fəaliyyətlərini davam etdirirlər.

Belə ki, aidiyyatı qurumların rəhbərləri  – Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev, müavin İsmayıl Hüseynov, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov, Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev və nə qədər maraqlı olsa da İqtisadiyyat nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi Azər Məmmədov birləşərək böyük və risqli addımlar atırlar.

Təbii ki, bu elə bir sistemdir ki, adları çəkilən şəxslər bu sistemin düz ortasındadırlar və “arı pətəyinin” episentrindədirlər. Loru dildə desək var-dövlətin mərkəzində…

Redaksiyaya daxil olan məlumata görə, bu şəxslərin dəstək və köməkliyi ilə ölkəyə 100 min manatlarla qiyməti olan mebelləri gətirən sahibkarlara ciddi “güzəşt” edilir.
Daha doğrusu bu baha mebellər cəmi 20 min manat civarında rəsmiləşdirilir. Bu isə dövlət büdcəsinə külli miqdarda ziyan vurmaqdır.

Əlbətdəki ki, 20 min manata rəsmiləşdirilən bu mebellərin əsl qiymətini “biznesmen” məmurlar yaxşı bilir və sahibkarlarla aralarında məsələni həll edirlər. Olduqca bahalı olan bu mebellərin çox ucuz qiymətə rəsmiləşdirilməsi dövlət büdcəsinə külli miqdarda ziyan vursa da, sözügedən qurumda çalışan rəhbər şəxslərin ciblərinə böyük gəlir gətirir.
Daha bir maraqlı nüans isə son aylar ölkə mətbuatının Gömrükdə baş verənlərlə bağlı susqunluq nümayiş etdirməsidir.

Təbii ki, bunun da özəl səbəbləri var ki, o da mətbuatla əməkdaşlıqdır. Reklam bazarının olmadığı ölkə mətbuatının məlum durumu bu kimi məmurlara sərf edir və onlar mətbuatın məlum vəziyyətindən istifadə edərək jurnalistləri asanlıqla əməkdaşlığa razılaşdıra bilir. Bu isə sözügedən şəxslərin qanunsuz fəliyyətlərinin daha da rahat aparmalarına imkan yaradır.

Mikayıl Cabbarovun vəzifə verdiyi yeni departament rəhbəri kimdir? - FOTO -  FED.az

Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev, müavin İsmayıl Hüseynov,  Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov, Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev və İqtisadiyyat nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi Azər Məmmədovun fəaliyyəti ciddi şəkidlə araşdırlmalıdır.

Çünki günlərdir sosial şəbəkələrdə yayılan məlumata görə, Dövlət Gömrük Komitəsində bir neçə milyon manat yeyinti faktının üstünün açılması barədə ciddi müzakirələr aparılır.

Bu faktlar aidiyyatı qurumlar tərəfindən mütləq araşdırılmalıdır.