Şəhid övladlarına diqqət – “Mənim atam qəhrəmandır” layihəsinin növbəti tədbiri keçirildi – FOTOLARbackend
Cəmiyyət
258

Şəhid övladlarına diqqət – “Mənim atam qəhrəmandır” layihəsinin növbəti tədbiri keçirildi FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim Atam Qəhramandır” adlı tədbir keçirilib.

Azsiyaset.com xəbər verir ki, tədbir “Fire Land Production”nın təşkilatçılığı Müdafiə Nazirliyinin dəstəyi ilə baş tutub. Tədbirdə şəhid övladları,anaları həmçinin rəsmi şəxslər və ictimayyət nümayəndələri iştirak ediblər.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindən start götürən tədbirdə iştirakçılar əvvəlcə şəhid övladları və anaları ekskursiya avtobusları ilə paytaxtımızı gəzərək “İçəri şəhər”də “Zəfər marşı”nı ifa ediblər.

Tədbirə şəhid övladları və anaları şəhidlərimizin rəsmləri həkk olunmuş “Mənim qəhramanım” yazılı geyimlərlə qatılıblar.Tədbirdə tanınmış idman ustaları, eləcə də tanınmış sənətçilərlə görüşləri təşkil olunub.

Qeyd edək ki, şəhidlərin övladları şəhid atalarının rəsmi həkk olunmuş köynəklərdə, dəstək üçün iştirak edən digər uşaqlar isə subay şəhidlərimizin rəsmləri olan geyimdə tədbirə qatılıblar.

Tədbirin keçirilməsində məqsəd torpaqlarımız uğrunda canından keçən qəhramanları bir daha anmaq,şəhidlərimizin övlarlarını,analarını xalq və dövlət qayğısının daima olacağını bir daha hiss etdirməkdir. Ölkə başçısı İlham Əliyev  və Birinci vitse-prezident Mehriban Əliyeva daima şəhid ailələrinə və qazilərimizə hər zaman diqqət  və qayğılarını əsirgəmirlər, onların problemləri daima diqqətdə saxlanılır və həlli üçün lazımi işlər görülür.

Layihə şəhid övladları üçün mütəmadi keçiriləcəkdir.