Səhiyyə Nazirliyi: “İnsanlar pandemiyanın bitməsini düşünməsinlər”backend
Cəmiyyət
351

Səhiyyə Nazirliyi: “İnsanlar pandemiyanın bitməsini düşünməsinlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İnsanlar pandemiyanın bitməsini düşünməsinlər”.
APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “İmmunitet və Peyvənd sertifikatı” mövzusunda çıxışında deyib.
O bildirib ki, ölkədə hələ ki, yoluxma sayı yüksək deyil: “Tarazlığı uzunmüddətli tədbirlərlə əldə etmişik. İnsanlar könüllü olaraq vaksinasiyada iştirak etsələr, infeksiyanı idarə etmək səhiyyə orqanları üçün asanlaşır. Bu istiqamətdə düşünmək lazımdır”.
T. Eyvazov qeyd edib ki, bayramda insanların təması artır, belə yerlərdə maska taxmaq, məsafə gözləmək, gigiyena qaydalarına əməl etmək lazımdır: “Daha aqressiv, yoluxuculuğu yüksək olan ştamm ölkəyə daxil olub. Bu gün ÜST tərəfindən təsdiqlənən peyvəndlərin hamısı yeni ştammlara qarşı effektivdir. Effektivlikdə müəyyən faiz fərqlər ola bilər. Məsələn, vaksinlərin “Delta” ştammına qarşı təsiri bir qədər azala bilər. Amma hər bir halda indiki vəziyyətdə vaksinlər daha effektiv üsuldur. İnsanları bayramda, yay aylarında məsuliyyətli olmağa, diqqətli olmağa çağırıram”.