Şəhriyar Məmmədyarov ilk yarımfinal görüşünü keçirəcəkbackend
İdman
413

Şəhriyar Məmmədyarov ilk yarımfinal görüşünü keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində bu gün ilk yarımfinal görüşlərini keçirəcək.
APress.az-ın məlumatına görə, 36 yaşlı qrossmeyster bu raundda ABŞ təmsilçisi Hikaru Nakamura ilə görüşəcək.
Məmmədyarov 1/4 final mərhələsində Alireza Firuzcanı (FIDE), Nakamura isə Le Kuanq Lyemi (Vyetnam) mübarizədən kənarlaşdırıb.
Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov Maqnus Karlsenə uduzub. Norveçli dünya çempionu finala gedən yolda Levon Aronyana (Ermənistan) qalib gəlməyə çalışacaq.
Yarımfinal görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.
Çempionlar Turu: “New In Chess”
Yarımfinal cütləri
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Hikaru Nakamura (ABŞ)
Maqnus Karlsen (Norveç) – Levon Aronyan (Ermənistan)
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.