Səhv mesaj göndərənlərə ŞAD XƏBƏR: Vatsap qaydaları dəyişirbackend
Dünya
293

Səhv mesaj göndərənlərə ŞAD XƏBƏR: Vatsap qaydaları dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda populyar messencer olan Vatsapın mütəxəssisləri smslərin avtomatik olaraq yoxa çıxması funksiyasının yenilənməsi üzərində işləyirlər.

APress.az xəbər verir ki, yeni funksiya işə düşdükdən sonra sms göndərildikdən artıq 24 saat sonra onun yaddaşdan avtomatik silinməsi mümkün olacaq. Yeni funksiya həm təkbətək, həm də qrupdaxili yazışmalar üçün əlçatan olacaq.

Hazırda Vatsap parametrlərində smslərin yalnız 7 gün sonra avtomatik silinməsi funksiyasını seçmək olar. Bu halda həmin sms-lər həm göndərən, həm də alan tərəfin cihazından silinir.

Yeni funksiya hələ ki beta-sınaqdan keçirilir. Əməliyyat sistemində növbəti yenilənmələrdən sonra həmin funksiyanın Android, iOS və stolüstü versiyalar üçün əlçatan olacağı gözlənilir.

Publika.az