Səidə Sultan od püskürdü: “Yenə qarşıma çıxsan, üzünə söyəcəm”backend
Şou
397

Səidə Sultan od püskürdü: “Yenə qarşıma çıxsan, üzünə söyəcəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İfaçı Səidə Sultan həmkarına yenə od püskürüb.

Sfera.az xəbər verir ki, bu dəfə o, müğənni Əminə Şirinlə bağlı paylaşım edib. Belə ki, ifaçı sosial şəbəkə hesabında sərt ifadələr yazıb.
“Yenə deyirəm, zor edib söymüşəm. Yenə qarşıma çıxsan, üzünə söyəcəm səni. Məni şantaj edirsən?”, – deyə Sultan qeyd edib.
O bildirib ki, həmkarına hətta cinayət işi açmaq fikrindədir: “Ailə qədri bilən olublar. Gör kimlər ailədən danışır. Əttökən, işinlə məşğul ol. Tay tayını tapar, elə ikiniz də eyni yaşayış tərzinin adamlarısınız. Sizin qanınızı içərəm”.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl müğənni Əminə Şirinlə Səidə Sultan arasında qalmaqal yaranıb. Belə ki, Əminə Şirinin iddiasına görə, Sultan ona zəng edərək nalayiq ifadələr işlədib, hətta valideyninə qarşı xoşagəlməz sözlər deyib. Sultan isə həmkarının ondan polisə şikayət etdiyini deyib.
“Aramızda söz-söhbət olmuşdu, məni polisə vermişdi. Səni söymüşəm, sən də məni söy! Səsimi yazıb, aparıb xuliqanlıqla bağlı polisə şikayət etmişdi. Dostum gedib şöbəyə, səsimə qulaq asanda gülüb”, – deyə Səidə bildirib.