Şəkidə yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APress.az-a verilən məlumata görə, mayın 15-i saat 23 radələrində Şəki rayonu Qoxmuq kəndi ərazisində Zəngilan rayon sakini İ.Kərimovun idarə etdiyi “Volkswagen” və Şəki şəhər sakini E.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ-2107” markalı avtomobildə sərnişin qismində əyləşən F.Verdiyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, mayın 16-da orada ölüb.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.