“Bu gün “F-35” təyyarələrinin Türkiyəyə verilməməsi bizim üçün çətin görünsə də, ancaq sabah milli müdafiə sənayemiz üçün ən xeyirli işlərdən biri ola bilər”.
APress.az xəbər verir ki, bunu ABŞ “F-35” qırıcıları ilə bağlı Türkiyəyə tətbiq etdiyi sanksiyaya münasibət bildirən “Bayrakdar” pilotsuz uçuş aparatının ixtiraçısı Selcuk Bayrakdar deyib.
Onun sözlərinə görə, Türkiyənin belə bir təyyarəyə sahib olması bəlkə 15-20 il sürəcək, ancaq milli platformada hazırlanacaq “F-35” daha güclü, maliyyə baxımından daha ucuz olacaq: “Son 4-5 ildə AKINCI layihəsinin və pilotsuz uçuş aparatlarının hazırlanmasını sürətləndirmişik. Biz 2023-cü ildə onun prototipinin ilk uçuşunu reallaşdırmağı hədəfləmişik. Gələcəyin yarışlarına bu gündən hazırlaşıb dünyanın getdiyi yerdə lider olmağa çalışmalıyıq…”
Sfera.az