Aparıcı Vüsalə Əlizadə ötən gün dünyasını dəyişən mərhum müğənni Aslan Hüseynovdan yazıb.
APress.az xəbər verir ki, aparıcı “İnstagram” hesabında Aslanın ifasını paylaşaraq:
“Hər halımda,yaxşı,pis günümdə Allahıma şükr edən bəndəyəm…Kim olursan ol,hansı rütbədə olursan ol, son mənzilin qara torpağın ağuşudur…Amma bu vaxtda,bu yaşda,bu qismətlə,bu cür ölümlə sənin kimi insanı,dostu,sənətçini,həyat yoldaşını,atanı,oğulu itirmək çox çətindir,çox…Bütün gün özümü də cümlələrimi də toparlaya bilməmişəm, dostum. Səninlə səmimi dostluğumuz,unudulmaz səfərlərimiz olub,pozitiv,zarafatcıl,aza çoxa önəm vermədən qane olan əziz qardaşım…Oxuduğun kimi səni unutmayacağıq…Bəziləri kimi statusun,bərli-bəzəkli təxəllüslərin olmasa da ölüm xəbərinə hamı üzüldü,heyifsiləndi,yandı,heyif Aslandan dedi…Deməli insan olmaq,adam kimi adam olmaq önəmlidir bu dünyada…Heyif səndən dostum…Necə deyim bilmirəm.Allah rəhmət eləsin”.