Azərbaycan vətəndaşları Dağıstan sərhədindən keçərək Rusiyadan vətənə qayıdıblar.
110 Azərbaycan vətəndaşı Dağıstandakı Yaraq-Kazmalyar gömrük-keçid məntəqəsindən keçərək vətənə dönüb.
Bu barədə Dağıstanın milli siyasət və din işləri nazirinin birinci müavini Qarun Davıdov jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, daha 500 Azərbaycan vətəndaşı keçid məntəqəsindən evə qayıdacaq.(AzərTAc)