Dövlət Gömrük Komitəsi iyunun 15-dən etibarən ölkənin quru sərhədlərinin açılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
AZXEBER.COM-un məlumatına görə, komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov bildirib ki,sərhədlərin açılmasına dair qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir: “Hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur.
Xatırladaq ki, gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur”.