Tovuz rayonun Dondar Quşçu kəndində xüsusi amansızlıqla qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev gedən məhkəmə prossesi ilə bağlı bölgə müxbirinə danışıb. Şərif Quliyev deyib ki, may ayının 17-i və iyun ayının 1-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prossesində hüquqi varis qismində təmsil olunub. Sonuncu məhkəmə prossesində hakim Nərmin Quliyevanın atası, Şərif Quliyevə söz verib.Şərif Quliyev hadisə günü ilə bağlı danışıb. Şərif Quliyevin sözlərinə görə, qızının qatili İlkin Süleymanovdur
” İlkin Süleymanovun ailəsi üç vəkil tutub. Mənim övladımın qanını batırmaq istəyirlər. Mən bilirəm ki, mənim qızımın qatili İlkindir və ona lazımı cəzanın verilməsini tələb edirəm. Növbəti məhkəmə prossesi iyunun ayının 16-ı, saat 15-00 təyin edilib”- deyə Ş.Quliyev bildirib.
Xatırladaq ki, Nərmin Quliyeva 2019-cu il noyabr ayının 21-i itkin düşüb, 2020-ci ilin yanvar ayının 6-da Nərmin Quliyevanın yanmış vəziyyətdə cəsədi tapılıb.
APress.az