“Mənə elə gəldi ki, damarlarımda qanım donur. Onlarda insani heç nə yoxdur, çünki bu alçaqlar Vətən uğrunda həlak olan qəhrəman oğullarımızın nəşlərini gətirib soyuduculara atıblar”.
APress.az-ın məlumatına görə, Ermənistanın üçüncü prezidenti, Ermənistan Respublika Partiyasının lideri Serj Sarkisyan bunu “Şərəf duyuram!” blokunun tərəfdarları ilə görüşdə söyləyib.
“67 yaşım var. Bu illər ərzində çox şey görmüşəm – müharibə, 2-3 oğlunu itirmiş valideynlər, çox dəhşətli olayların şahidi olmuşam, mənə elə gəlirdi ki, daha heç nəyə təəccüblənə, yaxud ağlaya bilmərəm…”,– deyə o, əlavə edib.
Bu fotoları görəndə mənə elə gəldi ki, damarlarımda qanım donur. Bunlara insan demək olar? Həlak olmuş gənclərin nəşləri ilə belə rəftar etmək olardı? Axı qəhrəmanlıq göstərib, göstərmədiklərindən asılı olmayaraq, onlar bu ölkə uğrinda şirin canlarından keçiblər. Bu alçaqlar isə onların nəşlərini gətirib soyuduculara atıblar…”
Xatırladaq ki, az əvvəl sosial şəbəkələrin erməni seqmentində Qarabağda həlak olan hərbçilərin plastik torbalara bükülmüş qalıqlarını əks etdirən fotolar paylaşılıb. Sözügedən torbalar Abovyan “Məhkəmə-Tibbi Elmi-Praktik Mərkəzi”nin zirzəmisində saxlanılırmış. Şəkillər ciddi ictimai etiraza səbəb olub.
Faktla bağlı rəsmi araşdırma aparılıb.
Sfera.az