“Mən günahkar deyiləm”.
Sfera.az-ın news.am-a istinadla məlumatına görə, bunu məhkəmədə ittiham aktının yekun hissəsi oxunduqdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan söyləyib.
Hakim Serj Sarkisyandan ona qarşı irəli sürülən ittihamı qəbul edib-etmədiyini soruşub.
“Prokuroru dinlədim. İttiham tamamilə uydurmadır, prokurorluq tərəfindən siyasi sifarişin icrası çərçivəsində hazırlanıb”,- deyə Serj Sarkisyan bildirib.
Hakim ondan günahını qəbul edib-etmədiyini soruşduqda, Serj Sarkisyan “mən günahsızam”,- deyə cavab verib.