Sərtləşdirilmiş karantinin DETALLARI BİLİNDİ – Dərslər dayanır, SMS İCAZƏ İŞƏ DÜŞÜRbackend
Gündəm
318

Sərtləşdirilmiş karantinin DETALLARI BİLİNDİ – Dərslər dayanır, SMS İCAZƏ İŞƏ DÜŞÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün saat 16.00-da Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqi keçiriləcək. Brifinqdən öncə isə Operativ Qərargahın karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərarlarının açıqlanacağı gözlənilir.

Bəs hansı qərarlar veriləcək?

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış dayandırılacaq.

Həmçinin ictimai-iaşə obyektlərində (kafe-restoran) yerində xidmət dayandırılacaq, salon və bərbərxanalar işləməyəcək.

Ali və orta təhsil müəssisələrində təhsil dayandırılacaq, yenidən distant təhsilə start veriləcək.

Həmçinin SMS icazə tətbiq olunacaq.

Sərtləşdirilmiş karantin rejiminin ən azı 3 həftə ərzində tətbiqi gözlənilir.