Sərxoş qadın mühafizəçinin barmağını dişləyib qopardıbackend
Dünya
400

Sərxoş qadın mühafizəçinin barmağını dişləyib qopardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Beyoğlu bölgəsində olan gecə klubuna qəbul edilməyən üç qadından biri mühafizəçinin barmağını dişləyərək qoparıb.

 

Unikal.org xəbər verir ki, hadisəni nəzarət kamerası qeydə alıb.

 

Həddən çox içkili olduqları üçün kluba buraxılmayan qadınlar mühafizəçi ilə dalaşıb. Daha sonra onlardan biri mühafizənin barmağını qoparıb. Bundan sonra qadınların hər üçü şiddətli şəkildə döyülərək ərazidən çıxarılıb.

 

Bildirilir ki, polis qadınları nəzarətə götürüb. Mühafizəçinin barmağını dişləyərək qoparan xanıma isə məhkəmədən sonra həbs qərarı verilib.

 

Mühafizəçinin ayağından bir parça götürülərək qoparılan barmağının yerinə tikilib.