“Sevgilimin geyiminə qarışmadığımı deyə bilmərəm” – Kərəm Bürsindən eşq həyatı ilə bağlı ETİRAFbackend
Dünya
374

“Sevgilimin geyiminə qarışmadığımı deyə bilmərəm” – Kərəm Bürsindən eşq həyatı ilə bağlı ETİRAF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyəli aktyor Kərəm Bürsin özəl həyatı ilə gündəmə gəlib.
APress.az bildirir ki, aktyor ilk dəfə həmkarı Hande Erçellə olan münasibətindən danışıb.
“Hikayede Kalmasın” adlı verilişdə qonaq olan Bürsin Erçellə çəkildiyi serialdan öncə tanış olmadıqlarını deyib.
“Aramızdakı münasibət əvvəlcə dostluğu çevrildi. Çox yaxın idik və bir-birimizə çətin zamanlarımızda dəstək olurduq. Hande ilə olduğuma görə şanslıyam”, – deyə aktyor əlavə edib.
Türkiyəli ulduz sevgilisinə qoyduğu məhdudiyyətlərdən də söz açıb. O, maço olmadığını vurğulayaraq bunun feminist tərəfinə uyğun gəlmədiyini bildirib:
“Keçmişdə sevgilimin geyiminə qarışmadım deyə bilmərəm. Bunu xəta olaraq görürəm. Kiməsə əl qaldırmaq, təhqir etmək kimi şeylər olmayıb. Amma qarşı tərəfə “bu paltarı geyəcəksən?” kimi suallar vermişəm. Lakin kitablar oxuyaraq hərəkətimin nə qədər yanlış olduğunu dərk etdim”.
Qeyd edək ki, aktyor “Sen çal kapımı” serialındakı partnyoru Hande Erçellə bir müddətdir eşq yaşayır.
Sfera.az