Türkiyədə sevgilisini 37 bıçaq zərbəsi ilə öldürən boksçuya ömürlük həbs cəzası istənilib.
APress.az xəbər verir ki, Muğlada sevgilisi Zeynəb Şenpınarı döyüb öldürən boksçu Selim Ahmet Kemaloğlu barəsində prokuror tərəfindən ömürlük həbs cəzası istənilib.
Qeyd edək ki, keçən ilin may ayının 24-də Zeynəb Şenpınar sevgilisi Selim Ahmet Kemaloğlunun evinə gedib. Sevgililər arasında naməlum səbəbdən mübahisə başlayıb. Nəticədə Kemaloğlu sevgilisini döyüb, daha sonra mətbəxdən götürdüyü bıçaqla ürəyindən vurub. Sevgilsini öldürdükdən sonra Selim Ahmet özünü də bıçaqla yaralayıb.
Hadisəni törədən boksçu özünün şəxsi hesabında belə bir paylaşım edib: “İki cana qəsd etdiniz, gözünüz aydın”.
Sonxeber