SEVİNDİRİCİ XƏBƏR açıqlandı: 2021-ci ilin sonunda…backend
Cəmiyyət
251

SEVİNDİRİCİ XƏBƏR açıqlandı: 2021-ci ilin sonunda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mikrosoft-un həmtəsisçisi, peyvəndin hazırlanması və xəstəliklərə qarşı mübarizə səylərinə milyardlarla dollar töhfə verən Bill Qates, pandemiyanın nə vaxt bitəcəyi barədə suallara cavab verib.

Milli.Az Metbuat.az istinadən xəbər verir ki, “Həyat nə vaxt normallaşacaq?” sualına cavab olaraq Bill Qates, koronavirus peyvəndlərinin sürətlə inkişaf etdirildiyini vurğulayaraq 2022-ci ilin sonunda həyatın normallaşacağına ümid etdiyini bildirib.

65 yaşdan yuxarı şəxslərin bundan sonra “gələcək pandemiya” ya hazırlaşma baxımından yüksək risk qrupu olduğunu vurğulayan Qates, “Peyvənd 2021-ci ilin sonuna və 2022-ci ilə qədər bütün dünyaya çatacaq, ancaq bu xəstəliyi tam aradan qaldırmayacaq” deyib. Qates qeyd edib ki, 2022-ci ilin sonuna qədər virusdan yoluxanların sayını çox kiçik rəqəmlərə qədər endirə biləcəklər.

“Biz maska və sosial məsafə qaydalarına riayət etməklə virusdan ölümlərin çoxunun qarşısını ala bilərik”. Qeyd edək ki, dünyada yeni bir növ koronavirus (Covid-19) epidemiyasına yoluxanların sayı 146 milyon 818 mini, həyatını itirənlərin sayı 3 milyon 106 mini, sağalanların sayı 124 milyon 516 mini keçib.