“Facebook” sosial şəbəkəsi bu yaxınlarda 530 milyondan çox istifadəçinin məlumat sızmasının səbəbinin sistemlərinə haker hücumunun olmadığını açıqlayıb.
Publika.azxəbər verir ki, cinayətkarlar istifadəçilərin məlumatlarını veb mənbələrindən çıxarmaqla əldə ediblər:
“Cinayətkarların məlumatları sistemlərimizə hücum etməklə deyil, platformamızdan məlumat çıxarmaqla əldə etdiklərini anlamaq vacibdir”.
Məlumat sızmasına səbəb olan sistem zəifliyinin aradan qaldırıldığını qeyd edilib.