“Səyahətə çıxan şəxslərdən 48 saat müddətinə test nəticəsi tələb etmək mənasızdır” – İnfeksionistdən AÇIQLAMAbackend
Cəmiyyət
284

“Səyahətə çıxan şəxslərdən 48 saat müddətinə test nəticəsi tələb etmək mənasızdır” – İnfeksionistdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xarici ölkəyə səyahət etməmişdən əvvəl sərnişinlərdən 48 saat öncə verilən koronavirus testinin nəticələri tələb olunur. Türkiyədə bizdən fərqli olaraq bu müddət 72 saatdır.
Etibarlılıq müddətinin iki gün olmasından isə əksər sərnişlər narazıdır və müddətin artırılmasını tələb edirlər.
Maraqlıdır, testin etibarlılıq müddəti nə üçün 48 saatdır? Bu rəqəmi artırmaq olarmı?
Məsələ ilə bağlı Sfera.az-a danışan infeksionist İlham Bayramov test nəticələri üçün verilən zamanın yetərli olmadığını bildirib. İnfeksionist 2 gün ərzində yoluxan şəxsin testinin nəticəsinin mənfi də ola biləcəyini qeyd edib:
“Virusun bədəndə inqubasiya dövrü iki həftədir. Bu baxımdan testin etibarlılıq müddətinin iki yaxud üç gün olmasının heç bir mənası yoxdur. Yəni əgər koronavirusa yoluxmuşuqsa nəticə 2 gündən sonra özünü biruzə verir. Bu baxımdan testin etibarlılıq müddətinin iki gün olması doğru deyil. Bundan əlavə onu da deyim ki, elə adam olur ki, koronavirusa yoluxsa da test nəticəsi mənfi olur. Yəni virusa yoluxduqdan bir-iki gün keçdikdə test versək, nəticə pozitiv olmaya bilər”.
Həkimin sözlərinə görə, testin etibarlılıq müddəti 14 günədək uzadıla bilər:

“Hesab edirəm ki, koronavirus testi verən şəxslərin nəticələri üç gündən on dörd günədək etibarlı sayılsın. İki gün vaxtın verilməsi düzgün deyil və səyahət edən insanlar üçün problem yarada bilir”.