Şeyma dələduz olduğu deyilən nişanlısını müdafiə etdibackend
Şou
35

Şeyma dələduz olduğu deyilən nişanlısını müdafiə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli fenomen Şeyma Subaşı gündəmdən düşmür.

APress.az bildirir ki, fenomen bu dəfə sosial şəbəkə hesabında gələn şərhləri əngəlləyib. Evlilik təklifi aldığı misirli iş adamı Mohammed Alsaloussinin dələduz olduğu xəbərləri Subaşının narahatlığına səbəb olub. Belə ki, misirli jurnalist Amer Fuad Mohammedin adını heç vaxt eşitmədiyini və ölkəsində bu cür iş adamının olmadığını bildirib.
Ardınca Şeyma şəxsi hesabındakı paylaşımlarına yalnız izlədiyi şəxslərin şərh yazmasını təmin edib. Onun bu radikal addımı sosial medianın gündəminə çevrilib.
Qeyd edək ki, cütlük yaxın zamanlarda evlilik planlaşdırır.
Sfera.az