“Shaurma 1”-lərin sahibi Natiq Sadıqov adam oğurluğunda təqsirli bilindiyinə görə ölkədən qaçdı?! – VİDEObackend
Cəmiyyət
380

“Shaurma 1”-lərin sahibi Natiq Sadıqov adam oğurluğunda təqsirli bilindiyinə görə ölkədən qaçdı?! – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir Azərbaycan vətəndaşının, yəni Aqil Babayev adlı şəxsin başına gətirilənlərlə bağlı ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərinə ünvanladığı ərizəsini olduğu kimi diqqətinizə çatdırırıq.

Babayev Aqil Zalış oğlu 08.06.2021-ci il tarixdə 25-30 nəfərdən ibarət cinayətkar qrup tərəfindən əvvəlcədən planlaşdırılmış şəkildə girov götürülərək, köməksiz vəziyyətə salınmış, döyülərək, işgəncələrə məruz qalmış və həmin şəxslər tərəfindən quldurluq yolu ilə 9 000 000 (doqquz milyon) manat pulu və digər əmlaklarımın ələ keçirilmiş, bu hadisə ilə bağlı Azərbaycan Respublikası bütün hüquq-mühafizə orqanlarına və onların rəhbərlərinə, o cümlədən Azərbaycan Respublikası Baş Prokuroru cənab Kamran Əliyevə müraciət edilmiş, lakin həmin orqanlar tərəfindən cinayət törətmiş şəxslərin barəsində heç bir tədbir görülməmiş, əksinə onların qanunsuz hərəkətlərinə göz yumulması, araşdırma sirlərinin dərhal onlara ötürülməsi cinayətkarların özünə əminliyinə bir qədər də artırmış, artıq onlar Aqil Babayevi 150000 manat müqabilində öldürülməsi barədə planlar qurulmuş və bununla bağlı da müvafiq sübutlar hüquq mühafizə orqanlarına təqdim edilmişdir.

Orada olanlardan Anar, Elnur Mehdiyev, Faiq Abdullayev, Natiq Sadıqov, Malik Məmmədov, Araz Kavə, Bəhruz Kavə, Rövşən Kavə, Elmar Orucov və digərləri ayrı-ayrılıqda Aqil Babayevi söyüb təhqir etmiş və ona qarşı fiziki zor tətbiq etmişlər.

Natiqin göstərişləri əsasında Anar Aslanov və bir neçə şəxs otaqları axtararaq, əl çantasında olan 5.000 (beş min) manat pulu, 2-ci mərtəbədə yataq otağında olan 100.000 (yüz min) manatı pulu və birinci mərtəbədə iş kabinetdən isə 20.000 (iyirmi min) ABŞ dollarını tapılıb götürmüşlər.

Babayev Aqil evə gəldikdən sonra ilk öncə BMV markalı 10-FJ-505 dövlət qeydiyyat nişanlı avtomobilin aparıldığını, evə baxış keçirərkən orada olan bütün əşyaların qarışdırıldığını, evdən 715. 000 (yeddi yüz on beş min manat pulun, 4 700 000 (dörd milyon yeddi yüz min) ABŞ dolarının və 2 kq (iki kiloqram) 999 (doqquz yüz doxsan doqquz) əyyarlı müxtəlif ölçülü külçə şəklində qızılın aparıldığını gördüm.

İlk öncə, Aqil Babayev qorxduğundan hüquq-mühafizə orqanlarına məlumat verməmiş, sonradan qohumlarımın məsləhəti ilə 11 iyun 2021-ci il tarixdə DİN-nin 102 telefon məlumat mərkəzinə zəng edərək məlumat vermiş, eyni zamanda Daxili İşlər Naziri hörmətli cənab Vilayət Eyvazova teleqram vurur. Daxili İşlər Nazirliyi məlumatı qəbul edən kimi məsələnin araşdırılmasını DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə etdilər. BMCMİ-dən dərhal onunla əlaqə saxlanılıb İdarəyə dəvət olunur, hadisə ilə bağlı ilkin olaraq ərizə alırlar və işi araşdırılması üçün İstintaq İdarəsinə verəcəklərini bildirdilər.

Aqil Babayevin yaxın tanışlarının bildirdiyinə görə işləri ona qarşı təşkil edən və hal-hazırda milyonlarla pulunu quldurluq yolu ilə apartdıran və bu işlərə rəhbərlik edən uzun illər onunla dostluq etmiş Bakı şəhərində ki ticarət şəbəkələrindən birinin sahibidir. Bu hərəkətlərə qədər Aqil Babayev həmin ticarət şəbəkəsinin şəriki olmuşdur. Aqilin yaxınlarının verdiyi məlumata görə onun evindən aparılmış pullarla şahidlər tutulur, yuksək çinli məmurların göstərilən şəxsin xeyrinə qərarqəbul edilməsi üçün xidmətlərindən istifadə edilməsi təmin edilir.

Aqil Babayevin qohumları bildirir ki, artıq dinməyə bilmirlər, görün hadisəni təşkil edən şəxslərin dostları nə qədər yüksəkdə oturmuşdur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları görür ki, 25-30 nəfər onun evinə basqın edərək, milyonlarla pulunu, iki avtomobilini və s. əmlakını quldurluq yolu ilə ələ keçirmiş, bununla bağlı telefon əlaqələri, hadisənin baş verməsini birmənalı şəkildə təsdiq edən çoxsaylı video kamera görüntüləri aidiyyəti orqanlara təqdim edilmiş, nəinki cinayətkar dəstənin üzvlərindən bir nəfəri belə bu günə kimi saxlanılmamış, hətta fakta görə cinayət işi belə başlanılmamışdır. Bu hərəkətsizlik, fəaliyyətsizlik hüquq-mühafizə orqanlarının tarixində görünməmiş bir hadisədir. Əgər həmin şəxslər hüquq-mühafizə orqanlarının ən nüfuzlu təşkilatlarının fəliyyətini “dondura” bilirsə, indi görün o, nə boyda nüfuzun, sərvətin, əlaqələrin sahibidir ki, bunu edə bilir.

Ən maraqlı məqam ondan ibarətdir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra müəyyən şəxslər Bakı şəhəri, ”Ağ şəhər” adlanan əraziyə yaxın gecəqonduların birində yığışaraq Aqil Babayevin öldürülməsi barədə qərar qəbul etmişlər. Bu məlumatları əldə etdikdən sonra Aqil Babayev Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevə, Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazova teleqram vurmuş, DİN-nin “102” telefon Xidmətinə zənglər edilmişdir. Lakin bu günə kimi də heç bir tədbir görülməmişdir.

Hal-hazırda Aqil Babayevin özü və yaxınları Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına müraciət edərək acizanə şəkildə xahiş edirlər ki,
1. Onun və ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsi barədə;
2. Aqil babyevə qarşı quldurluq cinayəti törədilərək 9 000 000 manat pulunun və əmlaklarının ələ keçirilməsi barədə dərhal cinayət işinin başlanmasına və cinayət törətmiş dəstəsinin bütün üzvlərinin dərhal həbs edilərək cinayət məsuliyyətinə cəlb edilmələri barədə,
3. Azərbaycan Respublikası Baş Prokuroru cənab Kamran Əliyev tərəfindən, Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazov tərəfindən və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyev tərəfindən təxirəsalınmadan qəbul edilib dinlənilməsi barədə göstəriş verilsin.

Göründüyü kimi Aqil Əliyev ona qarşı törədilmiş ağır cinayəti haqqında, yəni qrup şəklində törədilmiş quldurluq cinayəti haqqında ölkənin hüquq-mühafizə orqanlarının rəhbərliyinə rəsmi qaydada müraciət edir.

Ağır cinayət haqqında verilən bu məlumatla bağlı dərhal hadisə yerinin müayinə edilməsini, hadisə yerində mümkün izlərin aşkar edilib ötürülməsini, şübhəli şəxsləri hüquq-mühafizə orqanlarına gətirilərək, onların biri birindən ayrı ayrılıqda dindirilməsini təşkil etmək, lazım gələrsə onların aliblərini yoxlamaq, cinayət yolu ilə ələ keçirilmiş pulların tapılmasını təşkil etmək əvəzinə, nəinki bu məlumata görə heç bir əməliyyat-istintaq hərəkətinin aparılması təmin edilmir, hətta belə çıxır ki, bu rəsmi məlumatla bağlı heç bir rəsmi araşdırma aparılmır. Ona görə ki, rəsmi araşdırılma aparılsaydı, ən azından toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qərar qəbul edilərdi və qərarın bir sürətidə Aqil Babayevə təqdim olunardı. Bu məsələ ilə məşğul olan istintaqçı isə Aqil Babayevə bir məktub göndərir ki, sizin göstərdiyiniz məlumatlar öz təsdiqini tapmadı. Yalnız bu qədər! Hesab edirik ki, belə bir araşdirma ilə bağlı hər hansı bir şərhə ehtiyac yoxdur!