İngiltərənin Bat şəhərinin sakini plastik əməliyyatdan sonra üzləşdiyi problemi bölüşüb.
APress.az xəbər verir ki, Daily Mail onun tarixçəsini paylaşıb. 34 yaşlı Sian Mandey nəşrə bildirib ki, çəkisi 44 kq-a düşdükdən sonra cərrahi müdaxiləyə əl atmaq qərarına gəlib. Belə ki, kəskin arıqlamadan sonra onun dərisi və sinəsi bürüşmüş hala düşüb. O da Türkiyədə əməliyyat olunmaq qərarına gəlib. Məqsədi də sinəsinin ölçülərinin balacalaşdırmaq olub.
Orada onun sinəsini implantın köməyi ilə dəyişiblər. Altı min funt-sterlinqə başa gələn əməliyyatdan iki gün sonra ölkəsinə dönən xanım özünü pis hiss edib. Ardınca da sinəsindəki implantlar qopub yerə düşüb.
Milli.Az