SOS! Bazarlarda geni dəyişdirilmiş məhsullar satılır – İçərisindən qan çıxdı – FOTObackend
Cəmiyyət
259

SOS! Bazarlarda geni dəyişdirilmiş məhsullar satılır – İçərisindən qan çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Geni dəyişdirilmiş məhsulların satışı qadağan olunsa da, görünən odur ki, bu qanunsuzluq hələ də davam edir. Əksəriyyət bu məhsulların sağlamlığa necə zərər vurduğundan xəbərsizdir. Geni dəyişdirilmiş məhsulların fəsadları bir və ya üç gün ərzində özünü göstərmir. Mütəxəssislər bildirirlər ki, belə məhsullar 3-5 ilə fəsadlarını üzə çıxarır.

Bakının Sabunçu bazarından apelsin alan vətəndaşın qarşılaşdığı mənzərə Azərbaycanda rəsmi şəkildə satışı qadağan edilən geni dəyişdirilmiş məhsulların yerli bazarlarda satışı iddialarını bir daha artırır.

Milli.Az-a müraciət edən şəxs aldığı məhsulu evdə doğradığı zaman apelsinin içərisinin qırmızı rəngdə olduğunu görüncə təəccübləndiyini bildirib. Onun dadına da baxdığını deyən Bakı sakini apelsin tamının gəlmədiyini hiss edincə isə məhsulu yeməkdən imtina etdiyini söyləyib. Vətəndaş apelsinin içərisində toxumunun olmadığını da sözlərinə əlavə edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Milli.Az-a açıqlamasında bunun GMO məhsulu olduğunu istisna etmədiyini bildirib:

“Genetik modifikasiya (GMO) olunmuş bitkilərə, toxumlara qarşı dövlət başçısı səviyyəsində qadağalar nəzərdə tutan fərmanlar var. Azərbaycan BMT-nin geomüxtəlifliyin qorunmasına dair konvensiyasına qoşulub. Bu konvensiyadan irəli gələn Kartogen protokolunu ratifikasiya edibdir. Buna baxmayaraq ticarət, bazar öz işini görür. İnsanlar mahiyyətini bilməsələr də görkəmi gözəl olan mallara üstünlük verir və bazarda belə məhsullar çoxalır. Təəssüf ki, konkret malı göstərib sübut etmək asan deyil.

 

Endirim Saatları

 

Azərbaycanda GMO-nun lobbiçiliyini aparan insanlar var. GMO-nun lobbiçiliyini bütün dünyada aparan Ümumdünya Ticarət Təşkilatıdır. Yaxşı ki, Azərbaycan ora daxil olmur. Amma istisna etmirəm ki, Azərbaycanda GMO (Genetik modifikasiya olunmuş) məhsulları var.

Bizim ehtimalımıza görə hansı kənd təsərüffatı məhsulunu, toxumunu yenidən əkdikdə cücərti vermirsə, bunlar GMO-dur. Və birmənalı şəkildə deyirəm, bütün toxum sənayesinin böyük bir hissəsi, o cümlədən pomidor, qarpız, soğan toxumları bir neçə şirkətin əlində birləşibdir. Əsas da o bitkinin içərisində toxum yoxdursa, demək, GMO-dur”.