Space televiziyasının yeni rəhbəri Kamil Şahverdiyev bir neçə verilişi bağlayıb.
APress.az bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, K.Şahverdiyevin əmri ilə, “Operativ hissə”, “Günaydın Azərbaycan”, “Hər səhər Mətanətlə” və “Şənbə-Bazar Fatimə ilə” verilişlərinin yayımı dayandırılıb, aparıcıları isə işdən çıxarılıb.
Televiziyada islahatlara başlanıldığı bildirilir.