“Sputnik V” peyvəndi Türkiyədə istehsal ediləcəkbackend
Dünya
333

“Sputnik V” peyvəndi Türkiyədə istehsal ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Birbaşa İnvestisiya Fondu ilə Türkiyədəki əczaçılıq şirkətlərindən biri “Sputnik V” peyvəndinin Türkiyədə istehsal olunması barədə razılaşıb. Bununla bağlı müvafiq sənəd imzalanıb.

APress.az xəbər verir ki, əczaçılıq şirkəti gələn aylarda Türkiyənin bir çox obyektində istehsalı başlatmağı hədəfləyir.

“Sputnik V” peyvəndi Rusiyada Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin ərsəyə gətirdiyi vaksindir.

Bu ilin əvvəlində “The Lancet” jurnalı peyvəndin effektivliyinin 91,6 faiz olduğunu bildirmişdi.

Publika.az