Strazburqun erməni əsilli merinin qərarı etirazlara səbəb oldubackend
Dünya
265

Strazburqun erməni əsilli merinin qərarı etirazlara səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Strazburq şəhərinin meri, erməni əsilli Janna Bargesyanın qərarı dövlət rəsmilərinin qəzəbinə səbəb olub. Belə ki, Bargesyan türk hakim dairələri ilə əlaqələndirilən Milli Görüş Assosiasiyasına 2,5 milyon avro subsidiya ayrılmasını dəstəkləyib. Bu məbləğ şəhərdə tikiləcək nəhəng məscidin tikintisinə sərf olunacaq. Eyni zamanda Strazburq bəldiyyəsi antisemitizmə qarşı səsvermədən imtina edib.
Publika.az-a
 açıqlamasında erməni diasporunun ikiüzlü mövqeyindən bəhs edən senator Natali Qule (Natalie Goulet) bu durumun təzadlı olduğunu da bildirib.
Açığı bu hadisə, eyni zamanda Strazburq bələdiyyəsinin antisemitizmə qarşı səs vermədən imtina etməsi faktı məni çox təəcübləndirdi. Ümid edirəm, erməniləri dəstəkləyən fransızlar bu təzadlı və kifayət qədər qəribə duruma nəzər yetirib, diasporun ikiüzlü siyasətini anlayacaqlar. Senator onu da bildirib ki, hadisələrin gedişatını izləyib, həqiqətin şahidi olacağıq.
Xatırladaq ki, Strazburq merinin qərarına qarşı çıxan Fransa Daxili İşlər naziri Jerard Darmanen Bargesyanı ölkə torpağına yad müdaxiləni dəstəklədiyi üçün qınadığını vurğulayıb.
Strazburqun dini icmaları nazirin hiddətli çıxışını ilk dövlət müdaxiləsi kimi qarşılanıb. Buna baxmayaraq Bargesyan Avropanın ən böyük məscidinin tikilməsi üçün subsidiya ayrılması təklifindən dönməyib.