Sumqayıtda daha bir müəllim koronavirusun qurbanı olub.
Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Yeganə Cəbrayılova COVID-19-dan vəfat edib.
Qeyd edək ki, Y.Cəbrayılova orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edib.(Report)