Türkiyənin məşhur “Survivor” yarışmasının qalibi, müğənni-aktyor Cemalcan Cansevən şənbə günü Azərbaycana gəlib.
APress.az axşam.az-a istinadən xəbər verir ki, onun gəlişinin səbəbi “AVRO-2020″nin A qrupunda yer alan Türkiyə-İsveç oyununu izləmək olub.
Cemalcan Bakı və Bakı Olimpiya Stadionunda lentə aldığı görüntüləri 3 milyonluq rəsmi İnsaqram səhifəsində paylaşıb.
Qeyd edək ki, İtaliya və Uels millisinə uduzan Şenol Günəşin komandası bu oyunda da məğlubiyyətlə üzləşib. Qarşılaşma İsveçin 3:1 hesablı qələbəsi ilə başa çatıb.