Bu gün Şuşa şəhərində, Cıdır düzündə baş tutan “Xarıbülbül” musiqi festivalının bədii hissəsi gənc xanəndə Kənan Bayramlının ifası ilə başlayıb.
Sfera.az xəbər verir ki, xanəndənin ifa etdiyi “Bayatı Şiraz” muğamından parça festivalın qonaqlarını kövrəldib.
Qeyd edək ki, festivalın açılışı zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Həmin ifanı təqdim edirik.